SİA-nın əldə etdiyi məlumata görə, növbəti tədbir 18 noyabr saat 10:00-11:00 arası Yaşıl Zona Kainat zalında “Gələcək Dayanıqlılığının Təminatçıları: İqlim Fəaliyyəti Üçün İqlim Çempionlarının Yetişdirilməsi” adlı panel müzakirəsi keçiriləcək. Tədbirin çıxışçılarından biri də “Azərsun Holdinq”in Yağ və Sous katerqoriyasının baş direktoru Zöhrə Xəlilzaddır. Panel müzakirəsində iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf və bu sahədə fəaliyyət göstərən gənc liderlərin rolunun artırılması mövzuları müzakirə olunacaq.
Azərsun Holdinq, 1991-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən və dayanıqlı inkişafı təmin etmək üçün müxtəlif strateji layihələr həyata keçirən önəmli bir şirkət olaraq, COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı kimi ölkəmizdəki qlobal iqlim tədbirlərində fəal iştirak edir. Şirkət, uzun illərdir ki, ətraf mühitin qorunması və sosial məsuliyyət mövzularında yüksək standartları təmin edərək, müxtəlif sektorlarda innovativ yanaşmalar tətbiq edir.