“Artıq ikinci dəfədir ki, COP konfransında iştirak edirəm, ötən il COP28-də də iştirak etmişdim”. Bu sözləri SİA-ya açıqlamasında İndoneziya vətəndaşı, gənclərin ətraf mühit aktivisti Aldira Ramadhani Soetjipto deyib.
O bildirib ki, COP29 yüksək səviyyədə təşkil olunub, hər şey qaydasındadır: “Lakin bəzi insanlar COP29-la bağlı siyasi şəkildə narahatlıq keçirirlər. Amma COP29-u siyasi problem olaraq müzakirə etməkdənsə, iqlim dəyişimlərini müzakirə etməyə üstünlük vermək lazımdır. Fərqli ölkələrdən gəlib, burada toplaşmağımızın məqsədi məhz iqlim dəyişmələri ilə bağlı əsas problemlərin həlli yollarını müzakirə etmək, müvafiq ölkələrə yardımı təmin etmək lazımdır.
İndoneziyanın gənc ekologiya qoruyucuları olaraq hər kəsə açıq olan düşərgə yaradıblar. Burada maraqlı olan hər kəsə iqlim dəyişmələri, bərpaolunan enerji vasitələri ilə məlumatlar verilir, təlimlər keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə