“Yeni Zelandiyada bərpaolunan enerji məsələsinə xüsusi diqqət ayrılır. Lakin burada hər şey 100 faiz düzgün deyil”. SİA xəbər verir ki, bu sözləri “Yaşıl enerjiyə keçidi gücləndirmək: Bugün gələcəyin enerjisini maliyyələşdirmək” mövzusuna həsr olunmuş seminarda çıxışı zamanı Tonkin&Taylor şirkətinin icraçı direktoru Dr.Brett Ogilvie deyib.
O bildirib ki, kənd təsərrüfatı sahəsində yaşıl enerjinin inkişafı görülməkdədir: “Xüsusilə buradakı bəzi heyvanların metan istehsal etməsi bərpaolunan enerji məsələsi baxımından çox vacibdir. Buna görə də bu prosesin üzərində işləməliyik.
Qanunvericilik məsələsində 2050-ci ilə qədər Paris razılaşmasına əsasən müəyyən addımlar atırıq. Hökumətin yaşıl enerji sahəsində investisiya layihələri oldu. Bu layihələrə mailiyyələr cəlb olundu və bərpaolunan enerji sahəsində generasiya siyasətləri formalaşdırıldı. Qanunvericilik çərçivəsində 49 faiz özəlləşmə prosesi həyata keçirildi.
Qazıntı yanacaqlarının uzaqlaşdırılması üçün bu mühüm addım idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə