COP29-da insan hüquqları üzrə təcrübəmi bölüşmək istəyirəm

COP29 konfransında iştirak etməkdən çox məmnunam. Fəaliyyət göstərdiyim insan hüquqları sahəsi üzrə təcrübəmi konfransda bölüşmək istəyirəm. Həmçinin başqa ölkələrin burada paylaşdığı təcrübələri öyrənməkdə maraqlıyıq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Cənubi Afrikanın İnsan Hüquqları Komissiyasının nümayəndəsi Aseza Artur Qunqubel deyib.

A.Qunqubel bildirib ki, COP29 konfransı çərçivəsində Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşkil etdiyi iclaslara qatılacaq: “Biz azərbaycanlı həmkarlarımıza insan hüquqları sahəsində Cənubi Afrikada apardığımız işlər barədə məlumat verəcəyik. Qeyd etməliyəm ki, COP29 yüksək səviyyədə təşkil edilib. Burada hamı çox qonaqpərvərdir, texniki heyət hər məsələdə bizə kömək etməyə çalışır”.

Bütün xəbərlər Facebook səhifəmizdə