Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Sammitin moderatoru, Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend tədbiri açaraq dedi:
-Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar, sizi salamlayıram.
İqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu cür mühüm müzakirədə hamınızı salamlamaqdan məmnunam. Biz iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin rəhbərlərini eşitmək şərəfinə nail olacağıq.
Bugünkü tədbiri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə açmaqdan şərəf hissi duyuram. Cənab Prezident Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olub. Biz onun iqlim fəaliyyətində rolunun artmasının, daha güclü beynəlxalq tərəfdaşlığın qurulmasının, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirdiyinin şahidiyik. Həmin təşkilatlarda Azərbaycan dayanıqlı iqtisadi artım və müqavimət gücünü təşviq edib.
Cənab Prezident, sözü Sizə verirəm.
x x x
Dövlətimizin başçısı Sammitdə çıxış etdi.
-Hörmətli Baş katib.
Hörmətli dövlət və hökumət başçıları.
Xanımlar və cənablar, əziz dostlar.
Mən Sammitin bütün iştirakçılarını salamlayıram. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.
Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.
Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Hörmətli xanımlar və cənablar, fürsətdən istifadə edərək, mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.
Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.
1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.
Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.
Çox sağ olun.
x x x
Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğulayaraq deyib: “Siz - kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq, COP28-in nəticəsi təmin ediləcək. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya Milli səviyyədə müəyyən edilmiş töhfələr sənədini təqdim edəcək”.
COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımların atıldığını qeyd edən Baş katib bildirib: “İş burada və indi başlayır. Bizə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu trilyonlarla dollarlıq vəsaitləri toplayan yeni iqlim maliyyə məqsədi lazımdır və imtiyazlı dövlət vəsaitlərində xeyli artım olmalıdır”.
Bu sahədə uğur qazanmaq üçün fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini qeyd edən Antonio Quterreş deyib: “Bu COP çərçivəsində və ondan sonrakı dövrdə sizi fəaliyyəti tələb etmək üçün öz səlahiyyətlərinizdən istifadə etməyə çağırıram. Ədaləti tələb edin. Çünki yubanmaq olmaz”.
x x x
Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend iqlim maliyyələşməsi işində uğurlu rəhbərliyə görə Prezident İlham Əliyevə və Baş katib Antonio Quterreşə minnətdarlıq edərək deyib: “Mən fürsətdən istifadə edərək həm Prezident Əliyevə, həm də Baş katib Antonio Quterreşə bu işlərə sadiqliyə, güclü rəhbərliyə və hərtərəfli dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, maliyyə ilə bağlı bu yanaşma sayəsində COP29-da real nəticələrə nail olacağıq. Gəlin, onlara təşəkkürümüzü bildirək”.
Millətlər Birliyinin 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti olduğunu və onların çox gözəl potensialının mövcudluğunu qeyd edən Patrisia Skotlend vurğulayıb: “Onlar böyük çağırışlarla üzləşir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Bu səbəbdən kiçik ada dövlətlərinə verilən prioritet Birlik proqramımızın əsasını və beynəlxalq sistemdə fəaliyyətimizin özəyini təşkil edir”.
Patrisia Skotlend COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların açılmasını və paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə hazırıq. Mən bu təklifi ona görə verirəm ki, üzv dövlətlərimiz təcili şəkildə iqlim maliyyəsi ilə bağlı vədlərə ehtiyac duyur. Onlar buna Yaşıl İqlim Fondu, İtki və Zərərlər Fondu xətti ilə nail ola bilər”.
x x x
Sonra COP29-un prezidenti Muxtar Babayev və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ərdoğan Nyu Yorkda Paşinyanla görüşüb
Dünya 00:03Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilson ilə görüşüb
Siyasət 23 Sentyabr 23:31Gəncədə güllələnmə hadisəsi olub
Hadisə 23 Sentyabr 23:19Cüdoçularımız Dünya Çempionatını 11 medalla başa vurublar
İdman 23 Sentyabr 23:03"Tramp və Netanyahu sağ qurtula bilməyəcək" -İrandan SƏRT MÖVQE
Dünya 23 Sentyabr 22:31Bakıda ƏMƏLİYYAT - narkokuryerlik edən şəxslər yaxalanıb
Hadisə 23 Sentyabr 22:19Milli komandamız Tacikistana qalib gəldi- YENİLƏNİB
İdman 23 Sentyabr 22:02Qəbul edilməli olan beş fransız yemək vərdişinin adı açıqlandı...
Maraqlı 23 Sentyabr 21:51Rolls-Royce unikal elektrik avtomobilinin sınaqlarına 350 həftə sərf edəcək
Texnologiya 23 Sentyabr 21:29Niyə maşın sürməzdən əvvəl valerian içmək olmaz?
Səhiyyə 23 Sentyabr 21:07Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...
Dünya 23 Sentyabr 20:52Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib...
Dünya 23 Sentyabr 20:28Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?
Dünya 23 Sentyabr 20:06Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd edilib
Siyasət 23 Sentyabr 19:56NATO təlim meydançalarında yeni bir şəkildə döyüşməyi öyrənir...
Dünya 23 Sentyabr 19:52İran güzəştə getməyəcəyini deyib
Dünya 23 Sentyabr 19:31“Taliban” Rusiya üçün vacib bir məsələdə Kremli məyus etdi...
Dünya 23 Sentyabr 19:28Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 23 Sentyabr 19:20Rusiyadan qaçan jurnalistlər Putin haqqında həqiqəti açıqladılar...
Dünya 23 Sentyabr 19:07Əfv sərəncamının icrası başa çatıb
Sosial 23 Sentyabr 19:02Milyonlarla insanın həyatı dəyişəcək...
Dünya 23 Sentyabr 18:51Ağcabədidə Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
Siyasət 23 Sentyabr 18:50“Ümid edirəm ki, sən böyük olacaqsan...”
Dünya 23 Sentyabr 18:28Fransa Martin Ryanın əfv edilməsini alqışlayır
Dünya 23 Sentyabr 18:14Le Monde: Trampın Rusiya ilə bağlı qəti seçim etməsinin vaxtıdır...
Dünya 23 Sentyabr 18:05Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb
Siyasət 23 Sentyabr 17:39Lavrov və Rubio Nyu-Yorkda görüşüb
Dünya 23 Sentyabr 17:26"Unibank" sahibkarlar üçün Yaşıl kredit təqdim edir...
Sosial 23 Sentyabr 17:21Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
İqtisadiyyat 23 Sentyabr 17:17“Dağ-mədən sənayesinin inkişafı iqtisadiyyatın diversifikasiyasına ciddi təkan verəcək” - MİLLƏT VƏKİLİ
Siyasət 23 Sentyabr 17:16Corciya Meloni məyusdur
Dünya 23 Sentyabr 16:45Mark Rutte: NATO-nun cavabı qəfil olacaq
Dünya 23 Sentyabr 16:44“Dağ-mədən proqramı regionlarda yüksək əlavə dəyər yaradan sənayeni hədəfləyir” -DEPUTAT DANIŞDI
Siyasət 23 Sentyabr 15:25Uşaqlar niyə əvvəlki kimi həyətdə oynamır? – Şəhər həyatı onların uşaqlığını dəyişir - ARAŞDIRMA
Sosial 23 Sentyabr 15:22“Filizçay yatağı isə Azərbaycanın metallurgiya sənayesi üçün xüsusi əhəmiyyətə malikdir” -EKSPERT DANIŞDI
İqtisadiyyat 23 Sentyabr 15:12"Azərbaycan erməni işğalının, terrorizminin və talançılığının kökünü tarixdən sildi" - POLİTOLOQ
Siyasət 23 Sentyabr 15:08“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Sosial 23 Sentyabr 14:34İran və ABŞ arasında gərgin danışıqlar
Dünya 23 Sentyabr 14:18"Yeni yataqlar regionların sənaye potensialını genişləndirəcək" - MİLLƏT VƏKİLİ
Siyasət 23 Sentyabr 14:12Rusiyanın buğda ixracı 4 dəfə azalıb
Dünya 23 Sentyabr 13:56“Bu gün insanın qarşısında seçim imkanları olduqca genişdir” -SOSİOLOQ DANIŞDI
Siyasət 23 Sentyabr 13:19"Azərbaycan Türk dünyasında təhlükəsizlik əməkdaşlığının genişlənməsinə önəm verir" - POLİTOLOQ DANIŞDI
Siyasət 23 Sentyabr 13:08"Dağ-mədən sənayesinin inkişafı yeni investisiyalara və iş yerlərinə yol açacaq" - MİLLƏT VƏKİLİ
Siyasət 23 Sentyabr 12:50""Əsrin müqaviləsi" Azərbaycanın Qərblə əməkdaşlığını genişləndirdi" - ŞƏRH EDİLDİ
Siyasət 23 Sentyabr 12:49"IV Bakı Təhlükəsizlik Forumu yeni regional imkanları gündəmə gətirib" - DEPUTAT DANIŞDI
Siyasət 23 Sentyabr 12:30Yaşlılığın ən ağır tərəfi yaş deyil - KÖŞƏ
Sosial 23 Sentyabr 12:26İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 23 Sentyabr 12:26"Vahid məktəbli forması uşaqları eyni mühitdə birləşdirir" -TƏHSİL EKSPERTİ
Təhsil 23 Sentyabr 12:22Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Sosial 23 Sentyabr 12:20"Filizçay yatağının istismarı yeni iqtisadi imkanlar formalaşdıracaq" - DEPUTAT DANIŞDI
Siyasət 23 Sentyabr 11:42İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
Köşə yazıları 23 Sentyabr 11:41İlham Əliyev əfv Sərəncamı imzalayıb
Siyasət 23 Sentyabr 11:21Şanlı tariximizin 44 günü - TƏHLİL
Siyasət 23 Sentyabr 11:17Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 23 Sentyabr 11:13İslamda borclanmaq və faizli kreditə münasibət necədir? - İLAHİYYATÇI DANIŞDI
Sosial 23 Sentyabr 11:05Şeiri güllələmək: Qarabağın işğal olunmayan səsləri
Siyasət 23 Sentyabr 10:58İnflyasiya şəraitində pulu nağd, yoxsa bankda saxlamaq sərfəlidir? - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 23 Sentyabr 10:25Azərbaycana payız fəsli daxil olub
Sosial 23 Sentyabr 06:11Azərbaycan iqtisadiyyatı 2026-2027-ci illərdə orta hesabla 1,7 % artacaq - PROQNOZ
İqtisadiyyat 23 Sentyabr 05:04"Tankerlərimizi vurmayın" - ABŞ-dan Ukraynaya MESAJ
Dünya 23 Sentyabr 04:06Ceyhun Bayramov Abbas Əraqçı ilə görüşüb
Siyasət 23 Sentyabr 03:05Azərbaycan bu ölkə ilə viza rejimini sadələşdirir
Siyasət 23 Sentyabr 02:21Su anbarının tikintisinə görə bu ərazilərdə yaşayanlar köçürüləcək
Sosial 23 Sentyabr 02:02Tramp, Frederiksen və Nilsendən Qrenlandiya üzrə SAZİŞ
Dünya 23 Sentyabr 01:22Ceyhun Bayramov Nyu-Yorkda daha bir mühüm görüş keçirib
Siyasət 23 Sentyabr 01:03"Naxçıvan" klubu amerikalı basketbolçunu transfer edib
İdman 23 Sentyabr 00:23İşğal dövründə Ermənistan 60 min hektar meşə fondunu məhv edib
Siyasət 23 Sentyabr 00:03Sabah Naxçıvanın bu ərazilərində işıq olmayacaq- XƏBƏRDARLIQ
Sosial 22 Sentyabr 23:19"Dəstəkləyirik" - Ərdoğandan Azərbaycan və Ermənistan AÇIQLAMASI
Siyasət 22 Sentyabr 23:03Ceyhun Bayramov Cibutili həmkarı ilə görüşüb
Siyasət 22 Sentyabr 22:31Azərbaycanın İrandakı Səfirliyindən TƏCİLİ BİLDİRİŞ
Siyasət 22 Sentyabr 22:25"Bu seçkiləri tanımırıq" - Azərbaycan XİN-dən BƏYANAT
Siyasət 22 Sentyabr 22:19Donald Tramp İlham Əliyevdən SİTAT gətirib
Siyasət 22 Sentyabr 22:02Bentley tarixinin ən güclü avtomobilini hazırlayır…
Texnologiya 22 Sentyabr 21:51Yuxusuzluq ruhi sağlamlıqla necə əlaqəlidir?
Səhiyyə 22 Sentyabr 21:28Rubio hazırda razılaşmanın olmadığını deyib.
Dünya 22 Sentyabr 21:17Wall Street Journal: Süni intellekt panikası nədən qaynaqlanır?
Texnologiya 22 Sentyabr 21:06Qreys Kellinin nəvəsi ikonik şahzadə libası ilə “gəzdi”...
Dəb 22 Sentyabr 20:49Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb
Dünya 22 Sentyabr 20:37Rusiyalı Z-bloqçu Kremli günahlandırır...
Dünya 22 Sentyabr 20:27Putin seçkilər zamanı məmurlar üçün “müayinə” təşkil edib...
Dünya 22 Sentyabr 20:08Foreign Policy: Putinin imperiyası sona çatır...
Dünya 22 Sentyabr 19:52Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Təhsil 22 Sentyabr 19:47The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?
İqtisadiyyat 22 Sentyabr 19:28The Telegraph: Bu qərar Putinə baha başa gələ bilər...
Dünya 22 Sentyabr 19:06İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
Sosial 22 Sentyabr 19:01KXDR ilə Rusiya arasında yeni körpü Çinə güclü bir siqnal göndərdi
Dünya 22 Sentyabr 18:51WSJ: Kim daha güclüdür - Si, yoxsa Tramp?
Dünya 22 Sentyabr 18:27Almaniyadakı ABŞ aviabazası yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb
Dünya 22 Sentyabr 18:16“Putinin kreslosu uğrunda yarış başladı”...
Dünya 22 Sentyabr 18:05Paşinyan Türkmənistana səfər edəcək
Dünya 22 Sentyabr 17:59Həzi Aslanov stansiyasının dalan yolunda təmir işləri yekunlaşır
Siyasət 22 Sentyabr 17:45Xocasən və Avtovağzal stansiyalarından keçid sabahdan ödənişsiz olacaq
Siyasət 22 Sentyabr 17:41Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Siyasət 22 Sentyabr 17:23Özəl xəbərlər
Digər xəbərlər“Dağ-mədən sənayesinin inkişafı iqtisadiyyatın diversifikasiyasına ciddi təkan verəcək” - MİLLƏT VƏKİLİ
Siyasət 23 Sentyabr 17:16Mark Rutte: NATO-nun cavabı qəfil olacaq
Dünya 23 Sentyabr 16:44“Dağ-mədən proqramı regionlarda yüksək əlavə dəyər yaradan sənayeni hədəfləyir” -DEPUTAT DANIŞDI
Siyasət 23 Sentyabr 15:25Uşaqlar niyə əvvəlki kimi həyətdə oynamır? – Şəhər həyatı onların uşaqlığını dəyişir - ARAŞDIRMA
Sosial 23 Sentyabr 15:22“Filizçay yatağı isə Azərbaycanın metallurgiya sənayesi üçün xüsusi əhəmiyyətə malikdir” -EKSPERT DANIŞDI
İqtisadiyyat 23 Sentyabr 15:12"Azərbaycan erməni işğalının, terrorizminin və talançılığının kökünü tarixdən sildi" - POLİTOLOQ
Siyasət 23 Sentyabr 15:08
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



