Bu gün COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Eko-müstəmləkəçilik: "Eko-Kolonializm: müstəmləkəçilik və neo-kolonial istismarin ekoloji miras" adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin natiqləri müstəmləkəçi dövlətlərin uzun illərdir əsarət altında saxladığı ərazilərdə təbiətə verdiyi ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində aparılan işlər, xüsusilə də ekoloji baxımdan istismara məruz qalan bu ərazilərdə törədilən ekoloji cinayətlərə diqqəti cəlb ediblər.
Tədbirdə Fransa və Niderland müstəmləkəsi altında olan xalqların nümayəndələri ölkələrindəki cari vəziyətdən danışıblar. Həmçinin, müstəmləkə ərazilərində müstəmləkəçı güclərin dənizaşırı ərazilərdə resursların qeyri-qanuni istismarını, meşələrin qırılması, torpaqların çirklənməsi, o cümlədən Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının hələ də qalması və təsirə məruz qalmış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsi, Qvadelupda xlordekon maddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerli əhalinin səhhətinə vurduğu ciddi ziyanlar, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması müzakirə edilib.
Spikerlər dənizaşırı ərazilərdə iqlim dəyişikliklərinin daha fəsadlı olmasını kolonializm ilə əlaqələndirmiş, Fransa və Niderlanddan yerli xalqların tələblərinə əməl etməyi tələb ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə