Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans təşkil olunub.
SİA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak ediblər.
Tədbirin əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etməkdir.
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan konfransda çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edib.
-Hörmətli Birinci xanımlar.
Hörmətli qonaqlar.
Əziz gənc iştirakçılar.
Xanımlar və cənablar.
Əvvəlcə, sizi Azərbaycanda salamlamaq, sizin hamınıza möhkəm cansağlığı arzulamaq və COP29-da təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq diləmək istərdim.
“Gənclər iqlim fəaliyyətinin ön cərgəsində” panelimizin elə adının özündən məqsəd bəllidir. Son tədqiqatlara görə, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir.
Ümid edirəm ki, COP29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanı yaratmaq imkanımız olacaq.
Mən COP29-da iştirak edən və qayğı ilə yanaşan bütün gəncləri, ekofəalları, gənclər təşkilatlarının bütün nümayəndələrini salamlayıram.
Mən Sıfır Atık Fondunun yaradılmasında təşəbbüs göstərmiş və ətraf mühitin, eləcə də mədəni irsin qorunmasına yönələn layihələrə şəxsən töhfə vermiş Türkiyə Respublikasının birinci xanımına təşəkkürümü bildirirəm.
2024-2030-cu illərə aid iqlim gündəliyində uşaqların və gənclərin iştirakını, o cümlədən dayanıqlı inkişafı təşviq etmək məqsədilə ötən il Mərkəzi Asiya Strategiyasının qəbul edilməsi ilə nəticələnən təşəbbüsünə görə Özbəkistanın səylərini yüksək dəyərləndirirəm.
Mən bu cür mühüm mərama şəxsən himayədarlıq etmiş Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyevaya təşəkkürümü bildirmək istərdim.
Mən ətraf mühit gündəliyi barədə maarifləndirmənin artırılmasında, həmin gündəliyə gənclərin qoşulmasında oynadığı fəal rola və iştirakına görə Qırğızıstanın birinci xanımına minnətdaram.
Əziz dostlar, COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.
Dünya biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzədir. Bizim ölkəmiz də istisna deyil. Biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik.
Mən qeyd etmək istərdim ki, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür. Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik.
Biz, həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər “xalis sıfır atılmalar zonası”nın yaradılmasına diqqət yetiririk. Əsasən Günəş və külək enerjisi layihələri ilə bağlı artıq fəal iş aparılır. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir.
Uzun müddətdir ki, iqlim fəaliyyəti beynəlxalq arenada ən vacib və prioritet məsələlərdən biridir. Atılmış addımlara baxmayaraq, bəşəriyyətin üzləşdiyi çağırışlar və təhdidlər günbəgün daha da ciddiləşir. Bunu nəzərə alaraq, qlobal məsələlərin həllində tətbiq olunan yanaşma və üsullara yenidən baxılması vaxtı yetişib. Bu gün mən açıq və düzgün qeyd olunmalı digər mühüm mövzuya toxunmaq istəyirəm: riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür.
COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib.
Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı Qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar.
Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik.
Vətəndaşlarımızın öz ölkəsini beynəlxalq səhnədə ədalətli və düzgün şəkildə təmsil etmək hüquqları var. Onların Azərbaycanın müstəqil mövqeyini təhdid kimi görən dairələrin təzyiqinin və manipulyasiyanın qurbanına çevrilməmək hüququ var.
Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir.
Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir.
Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər.
Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir.
Biz platformamızdan elə istifadə etmək istəyirik ki, qlobal koalisiya yaransın və orada hər ölkənin - böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf edən ölkənin mövqeyi, haqqı ədalətli şəkildə qəbul edilsin.
Yalan hekayətlər və riyakarlıq nəinki reallığı səhv göstərir, o cümlədən ədalət və düzgünlük, ləyaqət və məsuliyyət kimi fundamental konsepsiyaları sual altına qoyur.
Səhv informasiyanın yayılmasında, ölkələrə qarşı qarayaxma kampaniyalarının aparılmasında mediadan istifadə həmin ölkələrə o qədər zərər vurmur, nəinki mənəvi dəyərlərin mahiyyətini dəyərsizləşdirir, etimadı zəiflədir və parçalanma yaradır.
Mən bütün iştirakçılara üz tutaraq istəyirəm onlar yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır.
Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq.
Əziz dostlar, yekun olaraq, mən növbəti konfransların təşkilinə gəldikdə təkliflə çıxış etmək istərdim. Təklif edirəm ki, gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın. Bu yanaşma nəinki ciddi şəkildə vəsaitlərə qənaət edəcək, o cümlədən uçuşlar və böyük tədbirlər nəticəsində yaranan atılmaları, həmçinin ətraf mühitə təsiri azaldacaq.
İşçi qruplar təfərrüatlı müzakirələr və əlaqələndirmə üçün şəxsən görüşə bilərlər. Lakin rəhbərlərin sammitləri videokonfrans formasında keçirilə bilər.
Bu, bizə resursları, səyləri və vaxtı hədəflənmiş məsələlərə yönəltmək imkanı yaradacaq və prosesi ətraf mühit baxımından daha uyğun edəcək.
Diqqətinizə görə minnətdaram.
X X X
Daha sonra Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan olan gənc ekofəalların təqdimatları olub.
Təqdimatlarda iştirakçı ölkələrin ekoloji problemləri və irəli sürdükləri təşəbbüslər nümayiş etdirilib.
Konfransda 2024-2030-cu illər üçün nəzərdə tutulan “Mədəni inkişafın təşviqi və uşaqların, gənclərin iqlim gündəliyinə cəlb edilməsi üzrə Beynəlxalq Strategiya”nın imzalanması mərasimi olub.
Çıxışlardan sonra birgə foto çəkdirilib.
Konfransdan sonra ali qonaqlar Yaşıl Zonada Heydər Əliyev Fondunun və Türkiyənin Sıfır Atık Fondunun birgə pavilyonu - COP29-da Həmrəylik Mərkəzini ziyarət ediblər.
Pavilyonda Heydər Əliyev Fondunun ətraf mühitin qorunması üzrə təşəbbüsləri təqdim olunub. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılıb. Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edir.
Pavilyona ziyarət zamanı birinci xanımlar Şamaxı rayonunda gənclərin və könüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyasını bağlantı vasitəsilə izləyiblər. Aksiya zamanı ətraf mühitin qorunmasına töhfə olaraq 10 mindən çox şam ağacı əkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Dönər almaq üçün tələsirdi, maşın vurub öldürdü..
Hadisə 03:22Hollivud ulduzu rəsmən milyarder oldu - 7 milyard dolları var!
Şou-Biznes 03:05Qazax sakini Kürdə batıb
Hadisə 02:22Alyona Əliyeva sərgi açılışında iştirak edib
Mədəniyyət 01:0377 yaşlı Sumqayıt - şəhərdə atəşfəşanlıq olub
Sosial 00:23Ulduz müğənni təbilçiyə ərə getdi...
Şou-Biznes 22 Noyabr 23:22Sabah Bakının bu rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sosial 22 Noyabr 23:03"Qarabağ" - "Kəpəz" oyununda azarkeş REKORDU
İdman 22 Noyabr 22:32İtaliyanın xarici işlər naziri Bakıya gəlib
Siyasət 22 Noyabr 22:19Rusiya Krım körpüsünün bərpasına başlayır - Kremldən AÇIQLAMA
Dünya 22 Noyabr 22:02Şirkət modelə “Froglet” adını verdi…
Texnologiya 22 Noyabr 21:52"Ukrayna Rusiyanı Volqa boyunca bölə bilər."
Dünya 22 Noyabr 21:27Günün görünüşü...
Dəb 22 Noyabr 21:05Hörmüz boğazında iki neft tankeri dəniz minalarına düşərək partlayıb
Dünya 22 Noyabr 21:00Si Cinpin Putinə kimin məsul olduğunu bildirmişdi...
Siyasət 22 Noyabr 20:49Bir yerdə çoxlu “dahilər” var...
Rəy 22 Noyabr 20:28İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 22 Noyabr 20:17Ürəyi aldada bilməzsiniz: gecə işində işləməyin sağlamlıq riskləri...
Sosial 22 Noyabr 20:05“Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
İdman 22 Noyabr 19:54Bu gün İranın hakim elitasını kimlər təşkil edir?
Dünya 22 Noyabr 19:49Şəmkirdə 66 yaşlı qadının meyiti evində aşkarlanıb
Hadisə 22 Noyabr 19:33Səs yazısı Pentaqon nümayəndələri tərəfindən yayılıb...
Dünya 22 Noyabr 19:2710 dəqiqə ərzində vurulan üç qol...
İdman 22 Noyabr 19:12Bu, Amerika üçün nə deməkdir?
Dünya 22 Noyabr 19:06Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutulub
Hadisə 22 Noyabr 18:57Gəncədə avtomobil 20 yaşlı qızı vurub
Hadisə 22 Noyabr 18:55Putin özünü dəfn edir...
Rəy 22 Noyabr 18:51Tramp: Açıq sərhədlər dövlətləri məhv edir
Dünya 22 Noyabr 18:37Fəlakətin miqyası heyrətamizdir...
Dünya 22 Noyabr 18:27İran yeraltı raket bazasında yeni buraxılış qurğusunu nümayiş etdirib
Dünya 22 Noyabr 18:15Ekspert rusları Krımdan qaçmağa çağırıb, yoxsa...
Dünya 22 Noyabr 18:05Bu gün Misli Premyer Liqasında XII tura yekun vurulacaq
İdman 22 Noyabr 17:51Hörmüz boğazında gəmi hərəkəti 15 faiz azalıb
Dünya 22 Noyabr 17:40İndoneziyada fabrik yanğınında daha çox cəsəd aşkarlanıb
Hadisə 22 Noyabr 17:15Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır
İdman 22 Noyabr 16:38Şamaxıda “Gənclik Yolunda” layihəsinin açılış mərasimi keçirilib
İdman 22 Noyabr 16:19Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
İdman 22 Noyabr 15:07Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Hadisə 22 Noyabr 13:08Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 22 Noyabr 13:07Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
Siyasət 22 Noyabr 13:06Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur
Hadisə 22 Noyabr 13:04“Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” - FOTOLAR
Siyasət 22 Noyabr 11:14Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur
İdman 22 Noyabr 10:21İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
Hadisə 22 Noyabr 09:11Şəmkir Statistika İdarəsinin rəisi vəfat edib
Sosial 22 Noyabr 05:04İranda saxta spirtli içkidən 33 nəfər zəhərlənib, 3 nəfər ölüb...
Dünya 22 Noyabr 04:06Bu gün Gürcüstanda milli matəm günüdür - bayraqlar yarıya qədər endirilib
Dünya 22 Noyabr 03:22Krasnodar hava limanı yenə bağlandı - Moskvadan açıqlama
Dünya 22 Noyabr 03:05Livan Prezidenti İranı "topa tutdu" - "Suverenliyimizə müdaxilə edir"
Dünya 22 Noyabr 02:21"Qalatasaray"dan QƏLƏBƏ, "Fənərbağça" xal itirdi
İdman 22 Noyabr 02:02"Evdə tək" filmini davamı çəkilir - Makoley Kalkin yenidən baş rolda
Mədəniyyət 22 Noyabr 01:22Türkiyə ordusu Yəmənə girir? - təcili AÇIQLAMA
Dünya 22 Noyabr 01:03Pakistan ordusu 15 yaraqlını məhv edib - ƏMƏLİYYAT
Dünya 22 Noyabr 00:23Türkiyə Kəşfiyyatının rəhbəri HƏMAS lideri ilə nəyi müzakirə edib?
Dünya 22 Noyabr 00:03İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
İdman 21 Noyabr 23:22Parisdə etirazlar SƏNGİMİR - daha 21 min insan aksiyalara qoşulub
Dünya 21 Noyabr 23:03"O sülh üçün çox iş görüb" - Tramp bu dəfə öz xanımını təriflədi...
Dünya 21 Noyabr 22:32Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 21 Noyabr 22:19Təbabət Muzeyinin direktoru vəfat edib - Nazirlik məlumat yaydı
Sosial 21 Noyabr 22:02Əlcəzairdən İslam dünyasına: uşaqları məscidə gətirmək təşəbbüsü...
Dünya 21 Noyabr 21:52Putin buna mane olur..?
Rəy 21 Noyabr 21:28Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...
Səhiyyə 21 Noyabr 21:05Budanov: Bu, sadəcə bir möcüzə olacaq...
Dünya 21 Noyabr 20:51İranla müvəqqəti deyil, daimi razılaşma əldə edəcəyəm
Dünya 21 Noyabr 20:32Lukaşenko: Ruslar artıq Minskə köçmək üçün müraciət edirlər...
Dünya 21 Noyabr 20:25Putinə yerini Çin dilində göstərdilər...
Rəy 21 Noyabr 20:06Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib...
İqtisadiyyat 21 Noyabr 19:49İranlı rəsmi Hörmüz boğazındakı vəziyyətə münasibət bildirib
Dünya 21 Noyabr 19:37“Ey gidi dünya”: Keçmiş Respublikaçı bastionlar da Trampa qarşı çıxdılar...
Dünya 21 Noyabr 19:28“Qalatasaray”ın baş məşqçisi meydandan qovulub
İdman 21 Noyabr 19:19Alt imperiya zəifləyir...
Rəy 21 Noyabr 19:06“Orta güc” modeli...
Dünya 21 Noyabr 18:51İsrail Qəzzada yardım daşıyan avtomobili vurub, üç nəfər ölüb
Dünya 21 Noyabr 18:40Cüdoçumuz dünya çempionatında gümüş medal qazanıb
İdman 21 Noyabr 18:36“Bu, qeyri-sağlamdır”: Melania Tramp ərinin ətrafını tənqid etdi...
Dünya 21 Noyabr 18:26Qazaxda kişi dəm qazından boğularaq ölüb
Hadisə 21 Noyabr 18:11Putin hələ də ən əsas şeyi anlamayıb...
Dünya 21 Noyabr 18:04"Turan Tovuz" qalib gəldi, “Şəfa” – “Qəbələ”yə qarşı - YENİLƏNİR
İdman 21 Noyabr 17:54“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
İdman 21 Noyabr 17:50İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb
Siyasət 21 Noyabr 17:40Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib
İdman 21 Noyabr 16:43Koşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib
Siyasət 21 Noyabr 16:29Zelenski: NATO-da olacağıq və yox demək hələ tezdir
Siyasət 21 Noyabr 16:27Avropa Rusiya vətəndaşlarına viza verilməsini dayandırmaq istəyir
Dünya 21 Noyabr 16:18Sənətkarlarımız yenidən “Ağdam üçün oxu”yur - FOTOLAR
Mədəniyyət 21 Noyabr 16:17Almanlar Putinlə danışıqları dəstəkləyiblər...
Dünya 21 Noyabr 16:13Bu tarixdə qaz limitləri sıfırlanacaq – Vətəndaşlar nə qədər ödəyəcək?
Sosial 21 Noyabr 15:52Laçın şəhərinə aid memarlıq layihəsi “Qızıl Trezzini” mükafatına layiq görülüb
Mədəniyyət 21 Noyabr 15:45Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Siyasət 21 Noyabr 15:38Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib
İqtisadiyyat 21 Noyabr 15:37Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
Siyasət 21 Noyabr 15:35Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır - DEPUTAT
Siyasət 21 Noyabr 15:27Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq
Siyasət 21 Noyabr 14:55Özəl xəbərlər
Digər xəbərlərAzərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır - DEPUTAT
Siyasət 21 Noyabr 15:27"Azərbaycan-Vyetnam münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi" - DEPUTAT
Siyasət 21 Noyabr 14:08Milli iradə və dövlətçilik yolunda - DEPUTAT
Siyasət 21 Noyabr 11:58"Yeni Azərbaycan Partiyası – müasir Azərbaycan dövlətçiliyinin siyasi dayağı" - POLİTOLOQ
Siyasət 21 Noyabr 11:49"Yeni Azərbaycan Partiyası – dünənin, bu günün və gələcəyin partiyasıdır" - DEPUTAT
Siyasət 21 Noyabr 11:02
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8666
0,00%
-
GBP
2,2283
0,00%
-
RUB
2,0737
0,00%



