“Ölkəmiz dünyanın talehini təyin edən ekoloji məsələlərə liderlik edir” - Tahir Gözəl
“Ölkəmiz dünyanın talehini təyin edən ekoloji məsələlərə liderlik edir. COP29 çərçivəsində baş tutan seminarlarda azərbaycanlı iş adamları olaraq dünyaya verə biləcəyimiz töhfələr barəsində danışır, təcrübələrimizi bölüşürük”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “GreenTech” şirkətinin sədri, Qarabağ FK-nin prezidenti Tahir Gözəl deyib.
O bildirib ki, “GreenTech” olaraq müəssisələrdə 95 faiz suya qənaət edilir: “Eyni zamanda yağış sularından da yenidən istifadə olunur”.
T.Gözəl qeyd edib ki, istixanaların böyük bir qismində isə ümumiyyətlə pestisiddən istifadə olunmur, tamamilə təbii istehsal həyata keçirilir”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə