Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) idarə heyəti qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb. SİA xəbər verir ki, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un fəaliyyət planını təqdim edərkən deyib ki, Azərbaycan dünya ictimaiyyətinin COP29-a ev sahibliyi etmək üçün göstərdiyi inamdan şərəf duyur.
“Amma biz iqlim problemini təkbaşına həll edə bilmərik”, - COP29 prezidenti qeyd edib.
O, dünya ictimaiyyətini həmrəyliyə çağırıb.
Sözügedən təşəbbüslərə iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı təşəbbüsü, COP29 "yaşıl enerji" zonaları və dəhlizləri öhdəliyi, COP29 Hidrogen Bəyannaməsi və sair daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə