"COP29-u dünyada dost, düşmən nəzəri ilə də izləyənlər var” - FİKİR BİLDİRİLDİ
“COP29-un möhtəşəm səviyyədə keçirilməsi Azərbaycan dövlətinin Vətən müharibəsindən sonra ən böyük dövlət hədəfidir. Hətta Vətən müharibəsindən sonra Azərbaycanın azad olunmuş ərazilərinin bərpa prosesi ilə müqayisə aparmış olsaq, COP29-a Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa edilməsi qədər mühüm əhəmiyyət verilir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, COP29 Azərbaycanın dünyanın enerji transformasiyası mərhələsindəki rolunu müəyyənləşdirməkdə mühüm rol oynayacaq: “Qarabağ müharibəsində Azərbaycanın qələbəsi dünyanın yeni geosiyasi kofiqurasiyasında Azərbaycanın yeni rolunu müəyyənləşdirmişdir. COP29 isə dünyanın enerji transformasiyasında Azərbaycanın mühüm rolunu müəyyənləşdirəcək. Azərbaycan dövlətinin bütün potensialı bu tədbirə səfərbər etməsi gözləniləndir.
COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünyada tanınması baxımından çox mühüm əhəmiyyətə malikdir. Təbii ki, COP29-u dünyada dost nəzəri ilə də, düşmən nəzəri ilə də izləyənlər var”.
Bütün xəbərlər Facebook səhifəmizdə