Müxalifətə azar dəysə, nə baş verər?

Dünyanı ağuşuna alan koronavirus infeksiyasına qarşı bütün dövlətlər, cəmiyyətlər birlik nümayiş etdirməklə mübarizə aparırlar. Bu mübarizədə əksər dövlətlər hələki ümidverici nəticələr əldə etməsələrdə Azərbaycan dünya üçün nümunəyə çevrilən uğurlar qazanmaqdadır. Məhz bu amil dövlət başçısının xalqla birliyinin başlıca təcəssümü hesab edilir. Həm də bu, ölkə Prezidentinin düzgün, operativ, praqmativ siyasət aparmasının bəhrəsi kimi qiymətləndirilir. Hər dəfə olduğu kimi, bu dəfə də dağıdıcı müxalifət xalqla bir yerdə olmaq, xalqın dərdinə şərik olub, bu bəladan birlikdə çıxmağa səy göstərmədi. Xarıcı maraqlı dairələrin maddi və mənəvi dəstəyinə arxalanmaqla sosial şəbəkələrdə ölkə həyatına qarşı şər və böhtan kampaniyası aparmağa, görülən və həyata keçirilən genişmiqyası işlərə kölgə salamağa cəhdlər göstərdilər. Bu kimi mövcud faktların reallığı dağıdıcı müxalifətin təfəkküründə xalqa qarşı ifratçılığın hökm sürməsi, dövlətə və milli maraqlara qarşı düşmən mövqedə durmalarının bariz nümunəsi sayıla bilər. Eyni zaman da, bu amil onların daxilindəki zəifliklərini nümayiş etdirir. Çünki radikal müxalifət xarici maraqlı dairələrin təlimatları əsasında fəaliyyətini qurduğundan milli maraqların əhəmiyyətinin nədən ibarət olduğunu anlamır. Yəni, ancaq siyasi sifariş həyata keçirən radikal müxalifət ölkədə demokratiyanın, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkan verə biləcək qüvvə kimi deyil, sırf ölkənin xaosa sürüklənməsinə çalışan reneqatlar birliyidir. Dağıdıcı müxalifətin daxilində siyasi reneqatların yer alması da onların nadir xüsusiyyətini üzə çıxarmış olur. Milli maraqlara düşmən kəsilən bu ünsürlər bir-birilərinə qarşı da, barışmaz mövqe sərgiləyirlər. Hər fürsət də, bir-birini gözdən salmaq üçün müxtəlif vasitə və üsüllardan istifadə edirlər. Müxalif düşərgə də, "ana müxalifət" iddiası ilə çıxış edən Müsavat və AXCP arasındakı gərginliklər qeyd edilənlərə misal ola bilər. Sosial şəbəkələrdə baş alıb-gedən söyüş və təhqirlərdən də aydın görünür ki, bu iki partiya bir-birinə güzəştə getmək fikrində deyillər və sona qədər mübarizələrini davam etdirəcəklər.

Dəhşət: Satqın satqına ağıl dərsi keçir

Görünən odur ki, müxalifətin dağıdıcı qanadı sivil, qarşılıqlı anlaşma məxrəcində mübarizə aparmaqdan uzaqdır. Hər zaman qarşıdurmaya, iğtişaş və xaosa üstün verib və bunların baş verməsinə çalışıb. Bu baxımdan Müsavat, AXCP, “Milli Şura” kimi tör-töküntüdən ibarət olan

təşkilat rəhbərləri cəmiyyətdə dağıdıcı ünsürlər olaraq tanınır və ittiham olunurlar. Əsasən də, AXCP sədri Ə.Kərimli və Müsavat başqanı A.Hacılı sanki, siyasi arenaya Azərbaycanda qarşıdurma yaratmaq, iğtişaşlar törətmək üçün gəliblər. Hər zaman bu cütlük təxribatçı əməlləri, pozucu açıqlamalar ilə gündəmdə olublar. Baxmayaraq ki, cəmiyyət onları bu cür əməllərinə görə, qınayıb, siayasətdən getmələrini tələb ediblər. Amma yenə də, bəd əmməllərindən əl çəkməyiblər. Məhz bu cür dirənişlərinə görə, rəhbərlik etdikləri partiyalarda belə, ciddi ixtilaflar, qarşıdurmlar yaranıb. Qubad İbadoğlu Müsavatın yeni başqanı A.Hacılının bədnam siyasi mübarizə metoduna etiraz əlaməti olaraq bir-neçə keçmiş müsavatçının iştitirakı ilə partiyadan ayrılaraq, “ADR” adlı hərəkat yaratdığını élan etdi. Sonrakı mərhələdə Tofiq Yaqublu və Yadigar Sadıqlıda A.Hacılı ilə qeyri-rəsmi də olsa yollarını ayırmağa qərar verdilər.

Müsavatla yanaşı AXCP-də də, vəziyyət acınacaqlı və kritikdir. Çünki, Ə.Kərimlinin apardığı siyasət şəxsi maraqlarına hesablanıb. Dəfələrlə, ətrafında olanları müxtəlif siyasi oyunlarının qurbanına çevirib. Bu da partiya daxilində cidd narazılıqlara gətirib çıxarıb. Zamanında Ə.Kərimlinin yanında olub, onun siyasi oyunlarının icraçıları olanlar yaxşı bilirlər ki, bu ünsür öz marağı xatirinə ən yaxın ətrafına belə satmaqdan çəkinməyib. Onunla eyni siyasi mübarizə yolunu bölüşənləri ən çətin günlərində ortalıqda buraxaraq yalnız öz mənafeyini düşünüb. Məhz buna görə də, AXCP dəfələrlə parçalanmalara düçar olub. Bu gün isə, AXCP suyu qurumuş dəyirmana bənzəyir. Sosial şəbəkələrdə insanları təhqir edib, şər və böhtanlar sələndirməsi ilə də, düşdüyü ağır vəziyyəti aradan qaldıra bilməyəcək. Yəni, kimsə, ona yardımçı olmayacaq. Hətta müxalif düşərgə də, təmsil olunan partiya funksionerləri də, ona bataqlıqdan çıxmasına əl uzatmayacaqlar. Çünki, Ə.Kərimli partiyadaşları ilə yanaşı düşərgə daxilindəki, partiya funksionerləri ilə də, bütün körpüləri yandırıb. "GAP"-ın sədri A.Şakiroğlu bildirib ki, Ə.Kərimli həmişə partiyadaşlarını şantaj etməklə, ətrafında saxlamaq istəyir. Bu da mənasızdır: "Kiminsə arxasında gizlənərək yazı yazıb, başqa bir insan adından yaymaq Ə.Kərimli xüsusiyyəti və "əxlaqıdır". Fərarilik Ə.Kərimliyə məxsusdur. Çünki keçmişi ləkəli olan Ə.Kərimli həmişə narahat olacaq. Çünki AXCP sədri digər müxalifət liderlərinə qara yaxmaqla müxalifətdə monopolist olmasını təmin etmək yolu seçib. Düşünür ki, müxalifəti monopoliyaya ala bilərsə, bu gün əlinə oynadığı "5-ci kolon"un rəhbərindən daha çox bəxşiş alacaq. Bu səbəbdən də, bu eybəcər yolu davam etdirir”.

Bir sözlə, müxalifət partiyalarının bəzilərinin yaxın vaxtlarda yenidən parçalanması gözləniləndir. Çünki, aparılan araşdırmalar və inkişaf edən proseslər bunu deməyə əsas verir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə