Dövlət Miqrasiya Xidmətinə bu ilin 9 ayında 55 minə yaxın müraciət daxil olub

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin 9 ayı ərzində 54 min 681 zəng cavablandırılıb. Bu barədə SİA-ya xidmətin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul edilən zənglərin 16 min 398-i müvəqqəti yaşama icazəsi, 1167-si müvəqqəti olma müddətinin uzadılması, 3 min 818-i vətəndaşlıq məsələləri, 6 min 257-si olduğu yer üzrə qeydiyyat, 3 min 250-si daimi yaşama icazəsi, 6 min 774-ü iş icazəsi, 2 min 252-si inzibati xəta, 15 min 765-i isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi Azərbaycan, rus və ingilis dillərində fasiləsiz fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə