Türklərin ölməsi molla rejiminin vecinə deyil

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ qurbanlarının sayı durmadan artır. Hökumətin xilasetmə və zərərçəkmişlərə yardım kampaniyasına isə bilərəkdən biganə yanaşılır ki, bu da sadə vətəndaşalar və Azərbaycan əsilli rəsmi şəxslərin də narazılığına səbəb olur. Zərərçəkənlərin su və qida ehtiyacı ödənilmir. Fəlakət bölgəsində içməli su və ərzaq ehtiyacı təmin edilmədiyindən, ölü sayının artdığı bildirilir. Səlahiyyətli şəxslər yardım edəcəkləri ilə bağlı vədlər verir, amma yerinə yetirmirlər. Evləri dağılmış insanların çoxu çadırla təmin edilməyib. Əhərin Bacabac, Kuyeç və digər kəndlərində içməli su və yemək yoxdur.

Soydaşlarımız hökumətin zəlzələyə diqqət yetirmək əvəzinə gündəmi dəyişdirmək cəhdlərindən də şikayətləniblər. "Times" qəzetinə danışan sadə vətəndaşlar deyib ki, İran dövlət televiziyası zəlzələ baş verəndən bir neçə saat sonra təbii fəlakət barədə xəbər vermək əvəzinə Suriyadakı hadisələrə daha çox yer ayırıb. Tehrandakı bəzi vətəndaşlar zəlzələ barədə xəbəri televiziyalardan deyil, "facebook" sosial şəbəkəsi vasitəsilə öyrəndiklərini bildiriblər.

İş o yerə çatıb ki, İran parlamentinini Azərbaycan əsilli deputatları azərbaycanlılara qarşı belə qərəzli yanaşmaya etirazlarını bildiriblər və parlamentdə məsələ qaldırıblar.

Xatırladaq ki, avqustun 11-də İranda saat 16:00 radələrində episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. İlk zəlzələdən sonra 20-dən çox 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub.

Qeyd edək ki, hətta İranın zəlzələni süni şəkildə törətdiyi barədə məlumatlar da yayılıb. Məqsəd isə azərbaycanlıları digər farslar yaşayan bölgələrə köçürməklə onları assimilyasiya etməkdir.

Eyni zamanda, qeyd etmək mümkündür ki, İran rejimi daha öncəki zəlzələlə və fəlakətlərdə də Azərbaycanlılar yaşayan bölgələrə etinasız münasibət göstərib, soydaşlarımıza qaşı etnik təmizləmə siyasəti aparıblar.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə