Türkiyə Ordusu Afrində daha 5 kəndi azad edib

Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə silahlı qüvvələri “Azad Suriya Ordusu”na aid dəstələrlə birlikdə daha beş kəndi azad ediblər.

Bu barədə Anadolu agentliyi xəbər yayıb. Məlumata görə, regionda anti-terror əməliyyatı çərçivəsində Qara Təpə və Kastel Keçik, Şeran rayonu, Xalidiyə və Cülbül, həmçinin Kane Kauer yaşayış məntəqələri azad edilib.

Qeyd edək ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” adlı anti-terror əməliyyatı 51 gündür davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...