"Real” Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır

Madrid “Real”ı futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır. SİA-nın məlumatına görə, klub rəhbərliyi portuqaliyalı hücumçu ilə müqavilənin şərtlərini yaxşılaşdırmaq niyyətindədir. Ronaldonun təklifdən xəbəri var və bunu müsbət qarşılayıb.
Yeni müqavilənin müddətinin əvvəlki kimi - 2021-ci ilə qədər olacağı bildirilir. 33 yaşlı futbolçu ilinə 30 milyon avro qazanacaq. Sözləşmənin DÇ-2018-ə qədər imzalanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə