Naibə Allahverdiyevadan yeni xəbər FOTO

Səhhətində ciddi problemlər yaşayan Xalq artisti Naibə Allahverdiyevadan yeni xəbər var. SİA-nın məlumatına görə, bir müddət öncə Türkiyədə xəstəxanaya yerləşdirilən aktrisanın hazırda vəziyyəti yaxşıdır. O, bunu "İnstagram" paylaşımları ilə büruzə verib.

Belə ki, Allahverdiyeva sosial şəbəkədə sonuncu yayımladığı şəkildə gülərüz olması səhhətinin normal olmasından xəbər verib.

Qeyd edək ki, N.Allahverdiyeva əsəb sistemi və qan təzyiqinin normal olmamasından əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə