Oqtay Əsədov: "QHT Şurası nöqsanı özündə axtarmalıdır"

"Bu gün hazırlanan sosial çarxlar lazımı səviyyədə işıqlanmır. Bunun səbəbləri fərqlidir. Bəzən bu çarxlar keyfiyyətli olmur, bəzən də televiziyalar onların yayımlanmasıda maraqlı olmurlar". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Milli Məclisdə "Reklam haqqında" qanuna təklif olunan dəyişiklərin müzakirəsi zamanı deyib.

Şura sədri QHT-lərlə televiziyaların müştərək fəaliyyəti göstərməsini təklif edib: "Sosial çarxların keyfiyyətli hazırlanması və yayımlanması üçün televiziya qurumları QHT-lər birlikdə fəaliyyət göstərməlidirlər. Əgər bu çarxlar birlikdə hazırlansa, o zaman həm keyfiyyətli olar, həm də onların yaymlanması təmin edilər".

Deputatın çıxışına Milli Məclisin sədri Oqtay Əsədov etiraz edib: "Azay müəllim, Şura sədri olaraq burada ilk nöqsanı özünüzdə axtarın. Çünki QHT-lərə maliyyə ayıran sizsiniz və onun keyfiyyətinə də siz baxmalısız".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə