Dünyanın nə çoxu, azı bilinməz,

Alnına yazılmış yazı bilinməz.

Dünyanın yaşını soruşma məndən,

Şair, bu dünyanın yaşı bilinməz.

Soruşma sevəndir, sevdalı dünyam,

Varlıya kasıba mənalı dünyam.

Kasıbın başına bəladır dünyam,

Onunçun dünyanın arşı bilinməz,

Şair, bu dünyanın yaşı bilinməz.

Onsuz da bu dünya qoca dünyadır,

Soruşma bu dünya necə dünyadır.

Gündüzə qarışan gecə dünyadır

Dünyanın xeyiri, şəri bilinməz.

Şair, bu dünyanın yaşı bilinməz.

Dünyanın işindən baş açmıram heç.

Biz bir gün köçərik, ya tez, ya da gec,

Ölərkən əzrayıl gözə görünməz.

Şair bu dünyanın yaşı bilinməz.

Dünya bir güzgüdür, bizsə kölgəsi,

Dünya yalan dünyadır, bizsə gəlməyik.

Dünyada əbədi qalan kəs yoxdur,

Dünyanın əbədi dostu bilinməz.

Şair, bu dünyanın yaşı bilinməz.

Ata məsuliyyəti

Şirinim, şəkərim, atanın gül balası,

Sevincim, kədərim atanın gül balası.

Böyüyüb, boy atıb atan boyda olasan,

Atanın arzularını sən kitaba salasan.

Salasan ki kitaba, atanın üzü gülsün,

Atan sizə baxanda fəxr edib sevinsin.

Çünki mən öz atama xeyli əzab vermişəm,

Ona sevinc əvəzinə, qəm, iztirab vermişəm.

Onun arzularını mən çin edə bilmədim,

Utanıb ölmək istədim, amma ölə bilmədim.

Çalış həyatda oğul, bənzəmə öz atana,

Ilişmə hər yetənə, ilişmə hər çatana.,

Çalış yaxşı cəhətdən hər an çəkilsin adın.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...