Rusiya ABŞ-la diplomatik münasibətləri azaldacaq..?

...aktivlərlə bağlı vəziyyətə görə

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva onun aktivlərinin müsadirə edilməsi üçün əməli tədbirlər görüləcəyi təqdirdə ABŞ-la diplomatik münasibətləri azaltmaq variantını nəzərdən keçirir.

...Diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması təbii ki, variantlardan biridir. Hökumətimizdəki bir çox yüksək vəzifəli nümayəndələr artıq bizim maliyyə-iqtisadi cavabımız, bu addıma maddi reaksiyamızla bağlı məsələlərdən danışıblar, bundan sonra da biz opponentləri xəbərdar etməyə davam edirik.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ryabkov bildirib.

Xarici işlər nazirinin müavini əlavə edib ki, Yeddilik Qrupu (G7) ölkələrinin aktivlərinin müsadirə edilməsinə cavab olaraq Rusiya həm iqtisadi, həm də diplomatik tədbirləri əhatə edə biləcək “optimal cavab forması” hazırlayacaq.

Xatırladaq ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini qəbul edərək, ölkənin bərpası üçün onların Ukraynaya verilməsinə icazə verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə