“İslahatlarımızla Türkiyənin strukturunu gücləndirməyə davam edirik”

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək xarici investorların Türkiyə iqtisadiyyatına güvəndiyini söyləyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Radio Televiziya Qurumu – TRT-yə ABŞ səfərilə bağlı məlumat verən M.Şimşək deyib: “Həyata keçirdiyimiz iqtisadi proqramlarla xarici investorların Türkiyəyə marağı artıb.

İslahatlarımızla Türkiyənin strukturunu gücləndirməyə davam edirik.

Kredit reytinq agentliklərinin Türkiyə ilə bağlı qiymətləndirmələri müsbətdir.

Birjalar da Türkiyə aktivlərinə böyük maraq göstərir.

Qlobal investorlar Türkiyənin iqtisadi proqramına güvənir”.

Bütün xəbərlər Facebook səhifəmizdə