Fransa şirkəti getməyəcək, Rusiyada fəaliyyətini davam etdirəcək...

...“Aşan” (“Auchan Retail”) pərakəndə satış şirkəti Rusiyada fəaliyyətini davam etdirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu sənaye və ticarət nazirinin müavini Viktor Evtuxov RBC-yə bildirib.

Onun dediyinə görə, şirkət Rusiya bazarında fəaliyyətini davam etdirəcək.

...Hətta onların Sənaye və Ticarət Nazirliyinə rəsmi müraciətləri də var ki, onlar ölkəmizdə işləməyə davam edəcəklər.

Rusiyalı nazir müavini bildirib bunu.

Bununla yanaşı, Yevtuxov xarici biznesin həmişə öz ölkələrinin təzyiqlərinə boyun əymədiyini deyib.

Rəsmi əlavə edib ki, bəzi şirkətlər Rusiya Federasiyasında qalmaqla bağlı müstəqil qərar qəbul edirlər.

Bununla belə, belə təşkilatlar təzyiq, zorakılıq, təhdidlərə məruz qalırlar.

Qeyd edək ki, bir müddət bundan əvvəl “Aşan” Rusiyanı tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi.

Yeri gəlmişkən, “Aşan” dünyanın bir çox ölkəsində təmsil olunan Fransız korporasiyası və ən böyük pərakəndə satış şəbəkəsi operatorlarından biridir..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə