İstehlaka yararsız qida məhsulları məhv edilib

"MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72,50 kiloqram meyvə suyu topları məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovartiv həllər şöbəsindən verilən məlumata görə, aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə