Putin may ayında Çinə səfər etmək niyyətindədir

Rusiya prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında may ayında Çinə səfər etmək niyyətində olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, tədbir iştirakçılarından biri Putindən Çin Prezidenti Si Cinpinə Nikolay Çernışevskinin “Nə etməli?” kitabını verməyi xahiş edib.

...Mən may ayında səfər etməyi planlaşdırıram, bu kitabı mütləq özümlə aparıb dostumuza verəcəyəm.

Putin söz verib.

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayının iştirakçısı əlavə edib ki, Çernışevskinin bu kitabı 1953-cü ildə nəşr olunub və o, kitabxanaya iyunun 15-də gətirilib.

O xatırladıb ki, Si Cinpinin doğum günü 15 iyun 1953-cü ildir. Bundan əvvəl Putin Rusiyada biznesin milliləşdirilməsinin şərtini qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə