"Uduzsa da tarix yazdı Qarabağ !"

14 martdır, gecə yarı , xalq oyaq ,
Cavab görüşüdür Bayer - Qarabağ ,
İstədik Bayeri cəzalandıraq ,
Salaq Avropanı şoka bu sayaq ,
Uduzsa da tarix yazdı Qarabağ !

Avropanın ən güclü komandası ,
Almaq istəyirdi bizdən qisası ,
İki qol da vurduq , budur əsası ,
Az qalmışdı sonda nöqtəni qoyaq ,
Uduzsa da tarix yazdı Qarabağ !

Qələbəni əldən verdik son anda ,
Elvin nahaq qırmızı kart alanda ,
Qol da vurduq on nəfərlə qalanda ,
Hakim də durmuşdu Almana dayaq ,
Uduzsa da tarix yazdı Qarabağ !

Bir müddət Alonso batmışdı yasa ,
Mat - məəttəl qalmışdı bu kabusa ,
Otuz min azarkeş məcburdu susa ,
İradə göstərdik Azərisayaq ,
Uduzsa da tarix yazdı Qarabağ !

Biz düşmədik Almaniyanın toruna ,
Növbəti qələbə deyərdim buna ,
Avropa heyran qaldı bu oyuna ,
Bir daha sözünü dedi Qalib Xalq !
Uduzsa da tarix yazdı Qarabağ !

Azərbaycan adlı qüdrətli diyar ,
Bütün müstəvidə Qalibdi Anar !
Göstərdi gücünü o Köhlən Atlar ,
Bu möhtəşəm oyunu alqışlayaq ,
Uduzsa da tarix yazdı Qarabağ !
Uduzsa da tarix yazdı Qarabağ !

15.03.2024

Bütün xəbərlər Facebook səhifəmizdə