Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub - FOTO

Azərbaycanın ilk ombudsmanı (insan hüquqları üzrə müvəkkili) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub. SİA xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, E.Süleymanova aprelin 25-də 86 yaşında vəfat edib.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. O, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsini tutub. E.Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə insan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə