Ruslar və belaruslar hələ ki, Litvaya gələ bilərlər..?

Litva Rusiya Federasiyası və Belarus vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətlərini 2025-ci ilin may ayına qədər uzadıb

...Litva hakimiyyəti Rusiya və Belarusiya vətəndaşlarının ölkəyə giriş və qalma məhdudiyyətlərini uzadıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu LRT radiostansiyası tərəfindən yayımlanıb.

Belə ki, Seymin 109 deputatı bu qərarı dəstəkləyib, daha 2 nəfər əleyhinə səs verib, 8 nəfər bitərəf qalıb.

Parlamentarilər həmçinin Rusiya Federasiyası və Belarusdan Litvaya kənd təsərrüfatı məhsulları və yem idxalına qadağa qoyublar.

Ölkə hökuməti əlavə olaraq respublika ərazisinə gətirilməsi qadağan olunan malların konkret siyahısını hazırlayacaq.

İndi Litva prezidenti Gitanas Nauseda Seymin qərarını təsdiqləməlidir.

Belə olan halda, belaruslar Şengen vizası olduqda Litvaya gedə biləcəklər.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bəyan etmişdi ki, Belarusu tərk edən müxalifətçilər Brest vilayətinin Kobrin rayonunu ələ keçirmək planı hazırlayırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə