“Baş verənlər Azərbaycanın növbəti uğurudur” - ŞƏRH EDİLDİ

“Qazaxın anklav olmayan dörd kəndinin hər hansı bir qarşıdurma olmadan və güllə atılmadan ərazilərimizin qaytarılması Azərbaycanın gücünün göstəricisidir. Yəni, Azərbaycanın gücü, qüdrəti olmasa idi, təbii olaraq Ermənistan həmin kəndlərin danışıqlar yolu ilə qaytarılmasından imtina edəcəkdi. Bu istiqamətdə müəyyən fəalliyyəti də oldu. Məlumdur ki, son bir neçə müddətdir ki, Azərbaycanın sərhəd boyu ərazilərində atəşkəsi pozaraq, Azərbaycanı təxribatlara çəkməyə və bununla da kəndlərin qaytarılması ilə bağlı aparılan danışıqlar məsələsini uzatmağa yönəlik səylər göstərdi. Bütün bunlara baxmayaraq, Azərbaycan həmin təxribatlardan yan keçməyi və ərazilərin danışıqlar yolu ilə geri qaytarılmasını təmin edə bildi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, tərəflər hər hansı bir kənar müdaxilə olmadan aparılan danışıqlarda daha tez müsbət nəticəyə nail ola biləcəklərini ortaya qoydular: “Yəni, bu danışıqlar Azərbaycanın təklif etdiyi kimi üçüncü tərəfin iştirakı olmadan keçirilirdi. Bu da onu göstərir ki, Qərbdən və ya qeyri bir yerdən vasitəçi olmadan Azərbaycan və Ermənistan daha tez nəticə əldə edə bilir.

Məsələnin ikinci tərəfi isə, xüsusilə Brüssel görüşündən sonra Qərb Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaqla regiona yerləşməkdə israrlı idilər. Danışıqlar yolu ilə kəndlərimizin qaytarılması isə Qərb dairələrinin oyunlarını faktiki olaraq pozmuş oldu. Nəticə etibarilə baş verənlər Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə