“Azərbaycanın iqtisadi nailiyyətləri sahibkarlığın güclənməsi ilə müşayiət olunur” - Mikayıl Cabbarov

“Hər ölkənin sosial-iqtisadi inkişafı özəl sektorun inkişafı ilə birbaşa bağlıdır. Müstəqil Azərbaycanın iqtisadi nailiyyətləri sahibkarlığın güclənməsi ilə müşayiət olunur”. SİA xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı keçirilən konfransda video müraciəti zamanı deyib.

“Görülən işlərin nəticəsidir ki, iqtisadi sferanın müxtəlif sahələri, o cümlədən biznes fəaliyyəti üzrə göstəricilər ildən ilə nəzərə çarpacaq qədər artır. Bu mənzərə doğru yolda olduğumuzu göstərir. Dövlət-biznes münasibətlərində nail olduğumuz inam bizi daha yüksək nəticələrə aparacaq. Dövlət vicdanlı vergi ödəyicisinin etibarlı tərəfdaşıdır. Bu tətbiq olunan güzəştlərdə, stimullarda aydın şəkildə görünür",-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə