NURİDƏ BƏXTİYARQIZI

GETDİ

Anam mənə baxa-baxa,
Bir ay kimi batıb getdi.
Məni oda yaxa-yaxa,
Ocaq kimi çatıb getdi.

Yatağına uzanmışdı,
Bənzi elə saralmışdı...
Mənə röya danışmışdı,
Yuxu kimi yatıb getdi.

Yağış yağdı, şimşək çaxdı,
Gözlərimdən qan yaş axdı,
Səs -səmirsiz mənə baxdı,
Sellər kimi axıb getdi.

Nuridəyəm, fəryad etdim,
Haray saldım “ getmə” dedim.
Ha yalvardım “ölmə” dedim,
Karvanına catıb getdi…

Bakı şəhəri,
2014-cü il

QƏDƏMLƏRİN MÜBARƏK

Dağ dərəsi, olanlar,
Qartopu oynayanlar.
Şaxta baba, quranlar,
Yeni ilniz mübarək.

Qoca, uşaq, cavanlar,
Təzə ailə olanlar.
Ay bəylər, ay xanımlar,
Yeni ilniz mübarək.

Hər yerə qar, ələnib,
Ağ örpəyə bələnib.
Köhnə iliniz, gedib,
Yeni ilniz mübarək.

Ulduz-ulduz, ləpirlər,
Göydən yerə enirlər.
Oynayır təranələr,
Yeni ilniz mübarək.

Narın-narın, yağan qar,
Yağır sovqatı nübar.
Təzə gün, doğan aylar,
Yeni ilniz mübarək.

Nuridəyəm, gözlədim,
Hər nə gördüm, izlədim.
Qar borandan, bezmədim,
Gözəl günnüz, mübarək.
Yeni ilniz mübarək.

01 yanvar 2024-cü il

GƏL AY ÖMRÜM

İlk baxışdan vurulmuşam,
Gəl mənim ol, gəl ay ömrüm.
Bəri başdan sən olmuşam,
Gəl mənim ol, gəl ay ömrüm.

Ay gözlərimin qarası,
Ay ürəyimin parası.
Ay bu dərdimin çarası,
Gəl mənim ol, gəl ay ömrüm.

Görüb səni, dayanmışam,
Eşq yolunda odlanmışam.
Bu sevginə, inanmışam,
Gəl mənim ol, gəl ay ömrüm.

Günəşimsən, ayım sənsən,
Bu qismətim, tayım sənsən,
Alın yazım, payım sənsən,
Gəl mənim ol, gəl ay ömrüm

Nuridəyəm, çox sevirəm,
Səni bu dünyam bilirəm.
Daha ürəyim deyirəm,
Gəl mənim ol, gəl ay ömrüm.

Bakı şəhəri,
Fevral 2024-cü il

SƏNSİZ

Mənə elə gəlir məni görmürsən,
Bircə yol demirsən hardadı bu qız.
Ay zalım balası hardan biləsən,
Səni görməkçün darıxır bu qız.

Bu canımda sənsən, zamanımda sən,
Olmasın bu canım, zamanım sənsiz.
Amalımda sənsən, gumanımda sən,
Olmasın bir anda gumanım sənsiz.

Qüvvətim, qüdrətim, cəsarətimsən,
Fərəhim, fərasətim, dəyanətimsən.
Qəlbim sən, hissim sən, məhəbbətim sən,
Bir quru cəsədim olmasın sənsiz.

Nuridəyəm, ən şirin sözümdə sənsən,
Qəlbimdə sən, canımsan, gözümdə sənsən,
Baxıram mən sənə, özümdə sənsən,
Baxmasın dünyaya gözlərim sənsiz.

Bakı şəhəri,
Mart 2024-cü il

YAŞA ÜRƏKLƏRDƏ SƏN

(Yazıçı-rejissor Ağalar İdrisoğlunun doğum günüə ithaf eləyirəm)

Qartalsan, elə bir zirvələrdəsən,
Yaşa zirvələrdə, ürəklərdə sən.
Allahım ucaldıb pillələrdəsən,
Yaşa zirvələrdə, ürəklərdə sən.

Nə gözəl, nur üzlü, nuranisən sən,
Duyğu gözlərində, piranisən sən.
Elə bil dənizsən, mürvarisən sən,
Yaşa zirvələrdə, ürəklərdə sən.

Yaşın üstə, neçə belə yaş gəlsin,
Bu taleh üzünə, daima gülsün.
Bahar günlərinə, qış yavaş gəlsin,
Yaşa zirvələrdə, ürəklərdə sən.

Bakı şəhəri,
16 mart 2024-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə