Avropa çempionatı: Azərbaycanın üç güləşçisi gümüş medal qazanıb

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.

SİA xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə qaliblər müəyyənləşib.

Güləşçilərimiz qitə birinciliyinə 3 gümüş medalla start veriblər.

Turan Daşdəmirov finalda rusiyalı İvan Solominə ilk xal prinsipinə əsasən (1:1), Tural Əhmədov (63 kq) finalda rusiyalı İqor Punçenkoya 1:9, Davud Məmmədov (77 kq) isə finalda gürcüstanlı Anri Putkaradzeyə 1:3 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə