ƏLİ ƏLƏMİ

(Respublikamızın ədəbiyyat və incəsənət aləmində çox böyük xidmətləri olan Əməkdar İncəsənət Xadimi, yazıçı, dramaturq, rejissor, publisist, jurnalist, teatr fədaisi mükafatçısı və Sumqayıt Dostlar Klubunun İdarə Heyyətinin üzvü Ağalar İdrisoğluna,75 illik yubileyi (16.03.2025) münasibətilə.)

AĞALAR KİMİ

İllər sevinərək yaş üstə gələ,
Dövrəndə rəqs edə, tutub əl-ələ,
Səndən uzaq qaça qocalıq hələ,
Sevinə ürəyin ilk bahar kimi,
Olasan növcavan Ağalar kimi.

Buyur, yetmişbeşə yetmişə bir bax,
Əhvalı necədir, sorma,.. cağbacaq!
Duruşu beləydi çox illər qabaq,
Dayanır vüqarlı bir çinar kimi!
Olasan növcavan Ağalar kimi.

Altmış yaşındadır qələmi onun,
Bərq vurur əlində ələmi onun,
İlham pərisidir həmdəmi onun,
Az olur yorulmaz bu yazar kimi!
Olasan növcavan Ağalar kimi.

Teatr səhnəsi onsuz darıxar,
Səsiylə səhnədə şimşəklər çaxar,
Əlli illik bu yol fəxr ilə baxar,
Qalar səhnəmizdə yadigar kimi.
Olasan yaradan Ağalar kimi.

Hələ çox yazacaq, yaradacaq o,
Nə qədər gənclərə yol açacaq o,
Onların yoluna nur saçacaq o,
Sönməyən bir məşəl, bir fanar kimi,
Olasan nur saçan Ağalar kimi.

Bilək bu kişinin qədrini, gəlin,
Sevgiylə ucaldaq məğrur heykəlin,
Ondan eşidərik sözün gözəlin,
Bilək söz qədrin bu xridar kimi,
Sözdən söz çıxaraq Ağalar kimi.

Mən sənin şəninə nələr deyim, nə?
Qoşa qarıyasız, baba və nənə,
Sığın nəvələrin təbəssümünə,
Bir dərdi olmayan bəxtiyar kimi!
Ağalar, elə qal Ağalar kimi!

Bakı şəhəri,
10 mart 2025-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə