Ukraynanın qələbəsi arzu deyil, strateji fürsətdir...

Sülh uzaqda ola bilər, amma strateji qələbə realdır…

...Donald Trampın 2025-ci ilin yanvarında ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra Ukraynadakı müharibənin tez həll olunacağına dair gözləntilər özünü doğrultmayıb.

Nə Ukrayna, nə də Rusiya güzəştə getməyə hazır deyil: Kiyev suverenliyini qurban verməkdən boyun qaçırır, Moskva kapitulyasiya tələb edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Affairs yazır.

Buna baxmayaraq, Ukrayna Qərbdən qəti dəstək aldıqda, qələbə şansını saxlayır. “Hörümçək toru” əməliyyatı və 2022-ci ilin uğurlu müdafiəsi kimi Kiyevin hərbi uğurları nümayiş etdirir ki, Ukrayna ordusu məhdud resurslardan səmərəli istifadə etməyi bilir.

Lakin ABŞ və Avropa İttifaqının qeyri-bərabər və gecikmiş hərbi yardımı yalnız müharibəni uzadır.

Rusiyaya qarşı iqtisadi sanksiyalar da zəiflədi. Seçici tədbirlər, o cümlədən bankların SWIFT-dən qismən bağlanması və bir sıra istisnalar Moskvaya uyğunlaşmağa imkan verdi.

Ukraynanın müttəfiqləri hələ də sanksiya təzyiqi potensialından tam istifadə etməyiblər.

Vəziyyəti dəyişdirməyin açarı təxminən 300 milyard dollar dəyərində dondurulmuş Rusiya aktivlərinin istifadəsi ola bilər.

Bu vəsaitlər Ukraynanın müdafiə sənayesini, silahların alınmasını, infrastrukturun bərpasını və humanitar ehtiyacları maliyyələşdirə bilər. Rusiya iqtisadiyyatını sarsıtmaq üçün Avropa İttifaqı və ABŞ ixrac nəzarətini gücləndirməli, Rusiya banklarını SWIFT-dən tamamilə kəsməli, Moskvanın enerji gəlirlərini məhdudlaşdırmalı və Rusiya hərbi-sənaye kompleksi üçün əsas texnologiya təchizatçısı olan Çinə təzyiq göstərməlidir.

Ukraynanın qələbəsi arzu deyil, strateji fürsətdir. Qərb ya uzun və dağıdıcı müharibə riski altında mövcud “məhdud dəstək” siyasətini davam etdirə, ya da balansı Kiyevin xeyrinə dəyişmək üçün qətiyyətlə hərəkət edə bilər.

Sülh uzaqda ola bilər, amma strateji qələbə realdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə