Rusiyada yeni mühafizə ordusu yaranıb...

Rusiyada yeni mühafizə dəstəsi yaranıb - bu ad Rusiya prezidenti Vladimir Putin tərəfindən 36-cı birləşmiş silahlı orduya verilib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sənədin mətnindən belə çıxır ki, ordu bu adı şəxsi heyətin kütləvi qəhrəmanlığına, mətanətinə və şücaətinə görə alıb.

Fərman imzalandığı gündən - iyulun 1-dən qüvvəyə minib. Bundan əvvəl, iyunun 26-da Putin xüsusi əməliyyat zonasında döyüşən daha üç bölməyə fəxri adlar verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə