Qəzaya uğrayan Su-34-ün ikinci pilotunun necə tapıldığı məlum olub

...Nijni Novqorod vilayətində qəzaya uğrayan Su-34-ün ikinci pilotunun necə tapıldığı məlum olub.

Nijni Novqorod vilayətində qəzaya uğrayan Su-34-ün ikinci pilotu qəza mayakının köməyi ilə tapılıb.

SİA-nın məlumatına görə, bu barədə Mash Telegram kanalı yazır.

"Mash-ın məlumatına görə, qırıcı və ekipaj üzvünün axtarışı üçün helikopterdən istifadə edilib.

Veletmadan meşəçilər də gətirilib.

Pilotun vəziyyəti yaxşıdır, - deyə məlumatda bildirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə