"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa İngiltərənin digər klubuna transfer olunub.
SİA xəbər verir ki, bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb. 30 yaşlı qolkiper Londonun digər təmsilçisi "Arsenal"la müqavilə imzalayıb.
İspaniyalı oyunçu 2024/2025-ci illər mövsümünü icarə əsasında "Bornmut"da keçirib. O, Premyer Liqada 35 matçda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə