Avstraliyada qasırğa olub - Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub. SİA xəbər verir ki, Sidney hava limanında 20-dən çox reys ləğv edilib.

Əlverişsiz hava şəraiti Avstraliyanın ən böyük şəhərinin ictimai nəqliyyat sisteminə də təsir edib. Sidneyin bəzi məşhur turizm bölgələri arasında müntəzəm reyslər, o cümlədən bərələrin hərəkəti dayandırılıb. Leysan yağışlar səbəbindən magistral yollar su altında qalıb, dəmir yolu nəqliyyatının fəaliyyəti pozulub. Güclü külək elektrik naqillərini qırıb, 21 min ev işıqsız qalıb. Sahilyanı bölgələrdə yaşayan sakinlərə evlərindən çıxmamaq tövsiyə olunub.

Qeyd edək ki, qasırğaya Avstraliya və Yeni Zelandiya arasındakı Tasman dənizində formalaşan güclü siklon səbəb olub. Siklonun Yeni Cənubi Uels ştatının sahilyanı ərazilərinə güclü yağış və külək gətirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə