...Rusiya Elm və Ali Təhsil Nazirliyinin rəis müavini Dmitri Afanasyev bildirib ki, departament 2026-cı ilə qədər Rusiya ali məktəblərinə əcnəbi abituriyentlər üçün icbari rus dili imtahanı tətbiq etməyi planlaşdırır.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin iclasında Afanasyev onu da bildirib ki, digər variantlarla yanaşı, hazırlıq şöbəsi vasitəsilə əcnəbi abituriyentlərin qəbulu da nəzərdən keçirilir.
O qeyd edib ki, rus dilindən qəbul imtahanı “qəbul səviyyəsini yüksəltmək” üçün bir tədbirdir.
Bu ilin yanvarında Rusiya prezidenti Vladimir Putin hökumətə ölkənin ali məktəblərinə daxil olan əcnəbilər üçün rus dilində vahid qəbul imtahanının tətbiqi ilə bağlı ideyalar təqdim etməyi tapşırıb.
Tədbir rus dilinin və Rusiya xalqlarının dillərinin dəstəklənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə Şuranın iclasına uyğun olaraq hazırlanmalıdır.
İmtahan vahid tələbləri ehtiva etməli və lazımi dil biliklərini müəyyən etməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə