Hindistan ABŞ-a görə Rusiya ilə əməkdaşlığı dayandırır...

...Ən böyük silah idxalçılarından biri olan Hindistan özünü ABŞ əməkdaşlığına yönəltmək istəyi ilə əlaqədar Rusiyadan irimiqyaslı müdafiə avadanlığı alışını dayandırmağı planlaşdırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Politico-ya Nyu-Dehli analitik mərkəzinin eksperti Nandan Unnikrişnan danışıb.

...Hindistan Qərbin, xüsusən də ABŞ-ın malik ola biləcəyi heç bir qırmızı xətti keçmək istəmir.

Bunu deyən hindistanlı ekspertin fikrincə, Rusiyadakı tədarükdən imtinaya səbəb mümkün sanksiyalar, Ukraynada xüsusi əməliyyat və özünün müdafiə sənayesini inkişaf etdirmək istəyi ola bilər.

Hindistan Müdafiə Nazirliyinin keçmiş müşaviri hesab edir ki, alışların azalmasına səbəb Moskvanın idxalçının tələblərini yerinə yetirə bilməməsi olub.

Qəzetin insayderləri qeyd ediblər ki, Rusiyadan silah alışı davam edəcək, lakin idxalçı tərəfindən böyük sövdələşmələr gələcəkdə nəzərdə tutulmur.

Stokholm Beynəlxalq İnstitutunun araşdırması göstərib ki, Rusiyanın Hindistana silah ixracı 2009-cu ildən bəri azalır. 2019-cu ildən bəri Rusiyadan tədarükün həcmi respublikalara idxal olunan silahların ümumi sayının 36 faizini təşkil edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə