İstanbul Hava Limanı Avropanın ən işlək hava limanıdır...

İstanbul Hava Limanı 8-14 aprel tarixləri arasında gündə orta hesabla 1428 uçuşla Avropanın ən işlək hava limanı oldu. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 8-14 aprel tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.
Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1428 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

2023-cü ilin eyni dövrü ilə müqayisədə uçuşların sayını 10 faiz artıran İstanbul Hava Limanı, sıxlıq baxımından dünyanın ən işlək 10 hava limanından biri oldu.

İstanbul hava limanını gündə 1311 uçuşla London Hitrou və 1343 uçuşla Amsterdam Şiphol hava limanları izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə