Polşa xarici işlər naziri: ''Rusiya bizdən qorxmalıdır''

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Rusiya ilə NATO arasında müharibə Moskvanın “qaçılmaz məğlubiyyəti” ilə başa çatacaq

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Rusiya ilə NATO arasında müharibə Moskvanın “qaçılmaz məğlubiyyəti” ilə başa çatacaq.
Radoslav Sikorski Polşa parlamentinin aşağı palatasındakı çıxışında “Qərb olaraq münaqişədən biz yox, Rusiya prezidenti Vladimir Putin çəkinməlidir''.
SİA-nın əldə etdiyi məlumata görə, Polşa xarici işlər naziri deyib: “Bunu xatırlamaq lazımdır, lakin rusların daha çox təhlükə hiss etməsi üçün deyil. NATO müdafiə təşkilatıdır. Məqsəd Rusiya Federasiyasının NATO-nun hər hansı üzvünə hücum edəcəyi təqdirdə qaçılmaz məğlubiyyətə düçar olacağını göstərməkdir''.
Radoslav Sikorski Rusiyanın hərbi və iqtisadi potensialının Qərbin potensialının kölgəsində qaldığını, NATO əsgərlərinin sayının, Rusiyanın əsgər sayının və NATO hava qüvvələrinin Rusiya Hərbi Hava Qüvvələrindən üç dəfə çox olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə