Sankt-Peterburq birjasının 2023-cü il üçün mənfəəti 3 dəfə azalıb...

...Son bir ildə Sankt-Peterburq Birjasının xalis mənfəəti 2,8 dəfə azalaraq 678,26 milyon rubl təşkil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, beynəlxalq standartlara uyğun olaraq ticarət platformasının maliyyə hesabatlarına dair sənədlərdən məlum olub.

...Bununla yanaşı, birjada əməliyyatların həcmi 67,87 faiz azalaraq 2,87 trilyon rubl təşkil edib.

Ümumi gəlir də azalaraq 0,91 milyard rubl təşkil edib. Baxmayaraq ki, hələ 2022-ci ildə bu rəqəm 1,92 milyard rubl idi.

Sankt-Peterburq Birjasının EBITDA-sı (şirkətin amortizasiyadan əvvəlki mənfəəti, borc faizləri və birbaşa vergilərA.B.) 11,86 faiz azalaraq 2,56 milyard rubl təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Sankt-Peterburq birjası ABŞ sanksiyalarına məruz qalıb. Amerika səlahiyyətliləri xarici qiymətli kağızlara 3 milyard dollara yaxın investisiyanı dondurub.

Və bundan sonra ticarət platforması yenidən sanksiyaya məruz qalmış emitentlər üçün bazarın inkişafına diqqət yetirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə