Kanada İranın müdafiə nazirinə qarşı sanksiyalar tətbiq edib

Kanada hakimiyyəti İranın müdafiə naziri Məhəmməd Rza Aştianini sanksiyalar siyahısına əlavə edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında bildirilib.

Qeyd olunub ki, İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” mərkəzi qərargahının komandiri Qulam Əli Rəşidə qarşı da sanksiyalar tətbiq edilib.

Sənəddə bildirilib ki. yeni məhdudlaşdırıcı tədbirlər “İran İslam Respublikasının hərəkətləri sülh və təhlükəsizliyin pozulmasına” yönəldiyinə görə tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə