Atanın siqaret çəkməsi uşaqda qan xərçəngi yaradır

Atanın siqaret çəkməsi uşaqda kəskin limfasahəli leykozun inkişafı riskini xeyli artırır. Amerika epidemiologiya jurnalında dərc edilmiş tədqiqat valideynlərin siqaret çəkməsi ilə uşaqlarda KLL-in yaranması arasında əlaqənin öyrənilməsinə həsr olunub. Avstraliya alimlərinə görə, tütünə məhəbbət uşaqlarda xərçəng xəstəliyinin daha çox yayılmış formasının inkişafına səbəb ola bilər. Tədqiqatın müəllifi doktor Elizabet Miln deyir: Bir çox hallarda leykozun inkişafı yolunda ilk addım ana bətnində atılır. Buna görə də biz prenatal təsiri və uşağın ana bətnində olduğu vaxt nələr baş verdiyini öyrənirik.

Miln deyir: Tütün məşhur kanserogendir və uşaq leykozu baxımından atanın siqaret çəkməsinin doğrudan da uşaqlarda bu xəstəliyin inkişafına kömək göstərə biləcəyi ehtimalı çox yüksəkdir. Doktor Elizabet Milnin dediyinə görə, tədqiqatın nəticələri göstərmişdir ki, atası gündə 15-dən çox siqaret çəkən uşaqda leykoz riski valideyni siqaret çəkməyən uşağa nisbətən 35 faiz çox olur.

Bütün xəbərlər Facebook səhifəmizdə