Dünya Xalqlarının Mədəniyyəti Festivalı - Fotolar

Muğam Mərkəzində Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib. SİA-nın məlumatına görə, festival 2014-cü ildən etibarən Bakı Avropa Liseyi tərəfindən yaradılan və ADA Universitetinin dəstəyi ilə həyata keçirilən “Sərhədsiz Diplomatiya” (“World Wide Diplomacy”) Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində ikinci ildir keçirilir.

Festivalda dünyanın 17 ölkəsinin mədəniyyət və ənənələri, uşaqların özləri tərəfindən hazırlanmış və həmin ölkələrin maddi irsini əks etdirən artefaktların ekspozisiyası, rəsmləri, folklor nümunələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...