Norveçli modelyer podiumda Qarabağ həqiqətlərini göstərib - MODA
Türkiyədə “Antalya Fashion Week 2019” adı altında keçirilən moda günlərində Norveçdə yaşayan əslən azərbaycanlı Şervin Nəcəfpurun “I’m a Star” kolleksiyası nümayiş olunub. SİA-nın məlumatına görə, kolleksiyada modellərin çıxışı zamanı fonda Azərbaycanın ərazi bütövlüyünün, eləcə də işğal olunmuş şəhərlərinin adı “I’m a star in Khojaly” , “I’m a star in Shusha”, “I’m a star in Tabriz” və s. yayımlanıb. Sonda nümayişin əsas ulduz modeli olan “Mister Azərbaycan” və “Best Model” yarışmalarının qalibi Şakir Əhmədzadə podiuma “I’m a star in Karabakh” şüarı ilə çıxıb.
Kolleksiyanın həm ideya konsepti, həm də nümayiş olunan geyimlər moda tənqidçiləri və dəb bloggerləri tərəfindən maraqla qarşılanıb.
Kolleksiyanın kristal daşlardan ibarət taclarını dizayner Gülnar Məmmədova hazırlayıb. Ənənəvi olaraq hər il keçirilən “Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır.
Qeyd edək ki, dizayner Şervin Nəcəfpur Norveçin bir çox məşhur ulduzlarının geyimlərini hazırlayan ən bahalı dizaynerlərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə