Banqladeşdə elektrik şəbəkəsindəki nasazlıq aradan qaldırıldı

Banqladeşdə 7 saatlıq elektrik kəsintisi aradan qaldırılıb. SİA xəbər verir ki, paytaxt Dəkkə də daxil olmaqla, ölkənin demək olar ki, bütün bölgələrində yerli vaxtla saat 21:00-dan elektrik enerjisi təchizatı aktivləşdirilib.

Banqladeş Elektrik İnkişaf Agentliyinin sözçüsü Şamim Ahsan ölkənin şimal-qərbindən kənarda yerləşən bölgələrdə elektrik enerjisinin kəsildiyini açıqlayıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji qiymətlərinin artması ölkə iqtisadiyyatına ziyan vursa da, ölkədə tez-tez elektrik enerjisi kəsilir. Ölkədə elektrik enerjisindən istifadənin azaldılması məqsədilə məktəblərin 2 gün müddətinə bağlanacağı bildirilib. Müxalifət hökuməti ölkədə korrupsiyaya nəzarət edə bilməməkdə və enerji sektorunda itkiləri aradan qaldırmaqda günahlandırıb. Banqladeş BVF-dən 4,5 milyard dollarlıq kredit tələb edərək Şri-Lanka və Pakistandan sonra BVF-nin qapısına gedən üçüncü Asiya ölkəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə