Hə, indi nə olasıdı ki, bu dəfə də Erjaniki eşidin...

...Ara, siz o əjdahadan istəmirdinizmi? Budur, bu da sizə “Ermənistan Kommunist Partiyasının lideri” Erjanik Qazaryan. Əslində o bütün ornamentlərinə görə sizin arzuladığınız əşdahanı da üstələyir. Belə görünür ki, haqqı da var.

Siz neçə vaxtdır ki, ölkə üçün böyük bir bayramı-Ermənistanın müstəqilliyinin 30 illiyini keçirmək istəmirik deyə, mitinq keçrirsiniz. Əslinə qalsa, düz də edirsiniz. Çünki olmayan bir müstəqilliyi hansı adla bayram etmək olar?

Gərək ki, siz ermənilər rusların yaratdıqları bütün təçkilatlara, nə bilib Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, daha nələrə “diş atıb”, nəsə əldə etməyə çalışmısınız. Amma gərək ki, elə də bir uğur sahibi ola da bilmədiniz. Sonradan isə rusun yaratdığı əksər təşkilatların ermənilər üçün heç bir işə yaranadığını iddia etməyə başlayıb qarasınca deyindiniz.

...Hə, indi nə olasıdı ki, bu dədə də Erjanik Qazaryanın məsləhətinə qulaq asın. Bu gün Erjanik “böyük erməni xalqından” elə də böyük bir şey tələb etmir. Sadəcə, məsləhət bilərək deyir ki, “...Ermənistanın Rusiya və Belarusiya Birliyinə daxil olması qeyd -şərtsiz irəliyə doğru addım olacaq və Ermənistan iqtisadiyyatına, təhlükəsizliyinə və erməni dövlətçiliyinin formalaşmasına müsbət təsir göstərəcək”.

Yenə də əslində, pis təklif deyil. Deyim ki, onun İrəvanda yeni rus məktəbləri açıb onların sayını artırmaq barədə irəli sürdüyü başqa bir təklifi də yaxşı təklif kimi dəyərləndirilməlidir.

Amma siz nə deyirsiniz,..deyirsiniz ki, guya sizin müstəqilliyinizin 30 illik bayram gününə “qanqaraçılıq” salan, sən demə, indi yoldaş Qazaryanın ermənilərə dillərini “möhkəm” öyrənməyi təklif etdiyi ruslarmış. Sən demə elə ruslar “müstəqil bir dövlətə” müstəqil vuruşmaq üçün imkan verib, onlara kömək etməyib.

Ona görə də, Qazaryanı ermənilər üçün vətən xaininin canlı nümunəsi kimi təqdim edib onu anlatmağa çalışırsınız ki, guya siz ermənilər bu gün bayram etməsəz də, amma “müstəqilliyimizi” heç vaxt heç kimə "güzəştə də getməyəcəksiniz"(?).

...Və kimsə ona təcavüz edərsə, çox peşman olar(?). Gərək ki, şərhə ehtiyac olmamalıdır...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...