ABŞ Rusiya mühərriklərindən imtina etdi

Birləşmiş Ştatlar daha bundan sonra “Atlas V” raketləri üçün Rusiyadan “RD-180” mühərrikləri almayacaq. Deyim ki, bu barədə “United Launch Alliance” şirkətinin icraçı direktoru Tori Bruno məlumat verib.

Qeyd edək ki, “Atlas V” raketlərinin satışının dayandırılmasına da artıq qərar verilsə də amma rakettin istehsalı “bir az fərqli şəkildə” davam etməkdədir.

SİA bu barədə “The Verge” nəşrində yer alan yazıya istinad edir.

Məsələ bundadır ki, “United Launch Alliance” şirkəti “Atlas V” raketlərini istifadədən çıxarmağı planlaşdırır. Deyim ki, bu da hələlik təsdiqini tapmayıb.

Onu da bildirək ki, ABŞ, dəqiq desək, Amerikanın “United Launch Alliance” şirkəti bu günə qədər ruslardan 122 ədəd “RD-180” mühərriki alıb. Qeyd edək ki, bunu da “The Verge” nəşri öz qaynaqlarına istinadən etiraf edir.

Təbii ki, bu gün hamı öz gəliri, bu gəliri artıqmaq üçün çalışır. Məsələ bundadır ki, “United Launch Alliance” şirkəti dünənə qədər

Rusiyadan aldığı mühərriklərə artıq əvəz tapıb. Belə ki, bu Amerikanın özəl aerokosmik şirkəti olan “Blue Origin” tərəfindən hazırlanan “BE-4” mühərrikləridir.

Deyilənə görə, rusların mühərriklərindən daha uğuz alınan “BE-4” mühərrikləri Pentaqon missiyaları üçün daha münasib bilinib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə