Çində 5 milyonluq şəhər karantinə alındı

Çində koronavirusla bağlı vəziyyət gərginləşməyə başlayıb. SİA-nın xəbərinə görə, yoluxma faktlarının artması ilə əlaqədar olaraq paytaxt Pekin və ətraf qəsəbələrdən sonra Lanfan şəhəri karantinə alınıb. "COVID-19"un sürətlə yayıldığı şəhərdə sərt məhdudiyyətlər qüvvəyə minib. Hebey əyalətinə daxil olan şəhərdə 4, 9 milyon əhali yaşayır. Onlardan 20 min nəfər Karantin Mərkəzinə yerləşdirilib. Yeddi gün davam edəcək karantində şəhərə giriş-çıxış tamamilə bağlanıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə