İspaniyada 700 koronavirus xəstəsi bir gündə öldü

İspaniyada sutka ərzində koronavirusa yoluxan 700 nəfər xəstə həyatını itirib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə İspaniyada 3434 nəfər koronavirusdan ölüb, 5367 nəfər isə sağalıb. Qeyd olunur ki, ölkədə 47 610 yoluxma hadisəsi qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...